Binə ticarət mərkəzi yandı

  • SpaceTV
  • 8 Oktyabr 2019 16:32

Yanğın baş verdikdən 1 saat sonra ticarət mərkəzinə çatsalar da mağaza sahiblərinə yalnız kənardan yanğına baxmaq qalıb. Onlarla mağaza içərisində böyük məbləğdə mallarla birlikdə yanaraq kül olub. Hətta bu sahibkara məxsus içərisində yüz mindən artıq  xəz dəri geyimləri olan  mağazada yanıb.Görüntülər gecə saatlarında yanğın baş vermiş Binə ticarət mərkəzindəndir

Yanğın zamanı 2500 m2 sahədə bir-birinə bitişik onlarla mağazaya ciddi ziyan dəyib.Yanğında zəhərlənən 4 nəfərdən 3 –nə hadisə yerində ilkin yardım göstərilib, 1 nəfər isə 1 saylı klinikanın toksikologiya şöbəsinə yerləşdirilib.

Mağaza sahibləri deyirlər ki, ticarət mərkəzinin rəhbərliyi tərəfindən dəfələrlə sahibkarla öz mağazalarını sığortalamalarına dair xəbərdarlıq edilib. Ancaq nədənsə heç bir sahibkar yüz minlərlə dəyəri olan mağazasını sığortalamaqda maraqlı olmayıb.

Ticarət  mərkəzinin  nümayəndəsi  Fuad  Cəfərovun sözlərinə görə hər gün gecə saatlarında  təhlükəsizlik məqsədi ilə ticarət mərkəzinə  elektirik  enerjisinin verlişi səhər saatlarına kimi dayandırılır yalnız bəzi maqaza və kafelər istisna olmaqla. Elə yanğın da həmin kafelərdən birində qeydə alınıb, deyə Fuad Cəfərov bildirdiTicarət mərkəzində baş vermiş yanğın zamanı zərər çəkmiş sahibkarlara hər hansı köməklik edilib-edilməyəcəyinə ticarət mərkəzinin nümayəndəsi belə aydınlıq gətirdi. Hazırda hadisə yerində aidiyyatı qurumlar tərəfindən yanğının dəqiq baş vermə səbəbləri və sahibkarlara dəymiş ziyanın məbləğı hesablanır.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun