Biləsuvarın sabiq icra başçısı HƏBS EDİLDİ

  • SpaceTV
  • 1 May 2020 11:12

Biləsuvarın sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib.

SPACE TV  xəbər verir ki, Səbail rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev barəsində verilən təqdimata baxılıb. Təqdimat məhkəmədə təmin edilib.

Məhkəmənin qərarı ilə M.Quliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, aprelin 30-da M.Quliyev Prezident İlham Əliyevin imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.

Paylaş

 Xəbəriniz olsun