Biləsuvarda qətl hadisəsi baş verib.

  • SpaceTV
  • 3 İyun 2020 14:53

Ötən gecə Biləsuvar şəhər  sakini, 28 yaşlı Fərid  Ənvər oğlu Hətəmovla həmyerlisi,  36 yaşlı Rəşad Cəlil oğlu Rzayevlə aralarında yaranan münaqişə qətllə nəticələnib. Şahidlərin bildiridiyinə görə  rayon ərazisindəki kafelərin dirində yeyib içən dostlar  arasında mübahisə yaranıb. Mübahisə zamanı hər iki şəxs arasında təhqiredici  ifadələr işlədilib. Sonra onların söhbəti Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli binanın qarşısında davam edib. Şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı Fərid Hətəmov üzərində gəzdirdiyi bıçaqla Rəşad   Rzayevə bir bıçaq zərbəsi vuraraq onu  qətlə yetirib. Hüquq-mühafizə orqanları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən Fərid Hətəmov saxlanılaraq polis şöbəsinə gətirilib. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda  cinayət işi başlanıb.Qeyd edək ki, Rəşad Rzayev ailəli olub, uç uşaq atasıdır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun