Biləsuvarda külli midarda narkotik maddə aşkarlandı – FOTO

  • Space TV
  • 31 Avqust 2020 13:38

Biləsuvar rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər yaxalanıblar.

Spacetv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat verib.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

Qeyd olunub ki, Rayon sakinləri E.Bayramov və M.Güləliyev saxlanılıblar. Polis şöbəsində baxış keçirilərkən onların olduğu avtomobildən 391 qram narkotik vasitə heroin, 103 qram psixatrop maddə metamfetamin və 13 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun