Biləsuvarda evdən 9000 manat pul oğurlanıb

  • SpaceTV
  • 31 Oktyabr 2019 14:25

Bu barədə SPACE TV-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 9000 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini M.Murtuzov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun