Biləsuvarda dələduzluq edən qayınana və gəlin saxlanıldı

  • Space TV
  • 8 Sentyabr 2020 11:55

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşların pul və zinət əşyalarını ələ keçirən şəxslər saxlanılıb.

Spacetv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu xəbər verib.

Bildirilib ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Ağayrı kənd sakini A.Mahmudovanı dələduzluq yolu ilə aldadaraq onun 2000 manat dəyərində üç ədəd qızıl üzüyünü ələ keçirən Bərdə şəhər sakinləri B.Əliyeva və onun gəlini A.Abdullayeva saxlanılıblar.

Onlar zərərçəkmiş şəxsi aldadaraq bildiriblər ki, onun ailəsində baş verəcək bədbəxt hadisənin qarşısını almaq məqsədilə zinət əşyalarını aparıb dua oxuduqdan sonra geri qaytaracaqlar. Aparılan araşdırmalarla həmin şəxslərin bu kimi müxtəlif üsullarla daha üç şəxsi aldadaraq ümumilikdə 850 manat pulunu və 2300 manat dəyərində zinət əşyalarını ələ keçirdikləri müəyyən edilib.

Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində başlanan cinayət işinin istintaqı davam edir. 

Paylaş

 Xəbəriniz olsun