Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı

  • Space TV
  • 6 Mart 2021 13:59

Biləsuvar rayonunda avtomobildən külli miqdarda heroin aşkarlandı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhəri Qaradağ rayonunun sakinləri A.Nəsirov və A.Feyzullayev sonuncunun idarə etdiyi “Chevrolet” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Şöbədə keçirilən baxış zamanı həmin avtomobildən üç kiloqram 230 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun