Biləsuvarda 13 kiloqrama yaxın narkotik aşkar edilib

  • SpaceTV
  • 30 Sentyabr 2020 14:59

Biləsuvarda gizlədilən narkotik vasitələr aşkar edilib. 

Spacetv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, Biləsuvar Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimankənd kəndi ərazisində gizlədilən 6 kiloqram 925 qram heroin, 4 kiloqram 493 qramdan artıq metamfetamin, 2 kiloqram 980 qram tiryək, 380 qram marixuana və 165 qram “Preqabalin” dərman həbi aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən narkotik vasitələri gizlədənin şəxsiyyəti də müəyyən edilib.

Paylaş

 Xəbəriniz olsun