Biləsuvarda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

  • SpaceTV
  • 3 Avqust 2020 15:08

Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki,  rayon sakini,  51 yaşlı Qədir Musayev  idarə etdiyi “Naz Lifan” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib. Qeyd edək ki, Qədir Musayev Qarabağ qazisidir və Birinci Qarabağ savaşında Biləsuvar könüllülərindən ibarət batalyonunun komandiri olub. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun