Biləsuvar meyvə bağları

  • Space TV
  • 31 Dekabr 2019 12:56

Biləsuvar rayonunun Zəhmətabad kəndində salınan 8 hektardan çox ərazisi olan  intensiv meyvə bağlarında artıq növbəti  5-ci mövsüm ilindən məhsul istehsalı maksimum səviyyədə planlaşdırılır. Çəkilişimiz  ağaclara qış qulluğu dövrünə təsadüf etsə də, payız fəslində bağlardan bol məhsul toplanıldığını öyrəndik. Təsərrüfat rəhbərinin sözlərinə görə, meyvə bağları  xarici  mütəxəssislərin tövsiyələrinə uyğun, torpaq və iqlim şəraiti nəzərə alınaraq salınıb. Plantasiyada Türkiyədən gətirilən 14 mindən çox yüksək məhsuldar meyvə ağacı- geni dəyişdirilməmiş bir neçə növləri olan alma, armud, şaftalı, gavalı, heyva və alça becərilir.    Ötən mövsüm plantasiyadan  150 tondan çox heyva, 100 ton alma, ümumilikdə 1000 tondan çox müxtəlif meyvə tədarük olunub. Rayonda meyvəçlik üçün ilk sayılan bu cür  intensiv bağların salınmasında əsas məqsəd xarici bazarlara çıxarmaq üçün rəqabət qabiliyyətli məhsul istehsal etməkdi.

Ağacların günəş şüasindan, şaxtadan və digər təbii təsirlərdən qorunması məqsədilə bağın setka torlarla örtülməsi üçün tədbirlər görülüb.  Bağın özəlliyi ondadır ki, meyvə ağaclarının əksər hissəsi bir metr hündürlüyü olan təpəcik üzərində əkilib. Ağaclar da  damlama üsulu ilə suvarılır.

Bağçılıq təsərrüfatında 15 nəfər daimi, 60  nəfərə yaxın isə mövsümi işlərə cəlb olunub. Növbəti illərdə bağın 30 hektara qədər artırılması planlaşdırılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun