Bıçaqlanma

  • SpaceTV
  • 5 Dekabr 2019 14:53

25 yaşlı Aqil Səfərov yaşadığı kənddə bıçaqlanıb. Belə ki, axşam saatlarında rayonun Yuxarı Nüvədi kəndində bir neçə nəfər arasında mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib və orada olanlardan Aqil Səfərov 1 bıçaq zərbəsi alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Kürəkarası nahiyənin kəsilmiş-deşilmiş yarası alan gənc 2 dəfə əməliyyat edilib. Hazırda yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisənin kim tərəfindən törədildiyi və səbəbi hələlik dəqiq məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun