Bıçaqlanma hadisəsi baş verib

  • SpaceTV
  • 17 Oktyabr 2019 20:06

Bıçaqlanma hadisəsi dünən axşam saatlarında baş verib. Masallının avtovağzal deyilən ərazisində bıçaqlanan şəxs əslən Füzulidən olan və Bakıda yaşayan 39 yaşlı Zaur Qurbanovdur. O Zaur Qurbanov ki, bizim “Hər Gün” informasiya buraxılışımıza müraciət etmişdi və öz həyat yoldaşını axtarırdı. Həyat yoldaşı, daha doğrusu bir müddət qeyri-rəsmi yaşadığı Nuranə Əhmədova 2 uşağı ilə birgə paytaxtda itkin düşmüşdü. Həmin vaxt bölgədəki əməkdaşımızla əlaqə saxlamışdıq və qadının Masallı şəhərində yaşadığını öyrənmişdik, hətta ata evinə gedərək anasından da müsahibə almışdıq. Bu gün isə Zaur Qurbanovun bıçaqlandığı məlum olub. Belə ki, Bakıdan Masallıya gedən, həyat yoldaşı ilə aralarında yaşanan bəzi problemlərə görə Masallı Rayon Məhkəməsinə çağırılan Zaur Qurbanov işlərini yekunlaşdırdıqdan sonra dünən axşam saatlarında Bakıya qayıtmaq üçün avtovağzala gəlib və orada Rasim İbişovla rastlaşıb. Masallı rayonunun Şərəfə kənd sakini olan Rasim İbişovla Zaur Qurbanov arasında Nuranə Əhmədovaya görə mübahisə düşüb. Onlar arasında düşən mübahisə sonda bıçaqlanma ilə nəticələnib. Döş qəfəsindən bir bıçaq zərbəsi alan Z.Qurbanov üçün yaxınlıqdakıların köməyi ilə təcili yardım birqadası çağırılıb və yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, dərhal əməliyyata alınıb.

Zərərçəkmişin dediklərinə görə, Nuranə Əhmədova rəsmi olaraq birinci ərindən boşandıqdan sonra bir müddət Zaur Qurbanovla qeyri-rəsmi yaşayıb və ondan bir övladı olub. Sonradan onu tərk edən qadın Masallı rayonuna gəlib və Rasim İbişovla qeyri-rəsmi yaşayıb. Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb və araşdırmalar davam edir.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun