Bakının Binəqədi rayonunda yeznəsi tərəfindən bıçaqlanan qadın dünyasını dəyişib.
Space TV –nin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Roza Mahmudova həkimlərin səyinə baxmayaraq, müalicə olunduğu xəstəxanada keçinib.
Hadisə zamanı bıçaqlanan digər şəxs – 1989-cu il təvəllüdlü Ruhəngiz Mahmudovanın müalicəsi isə davam etdirilir.
Qeyd edək ki, Binəqədi rayonu Biləcəri qəsəbəsində, 1981-ci il təvəllüdlü Samiq Quliyevin ailədaxili münaqişə zəminində keçmiş həyat yoldaşı 1989-cu il təvəllüdlü Ruhəngiz Mahmudova və onun bacısı Roza Mahmudovanı bıçaqlaması faktı ilə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.