Bıçaqla ehtiyatsız davranış 25 yaşlı qadını xəstəxanalıq etdi

  • SpaceTV
  • 31 Oktyabr 2019 11:50

Sabunçu rayonunda ehtiyatsızlıq zəmnində qadın xəsarət alıb.

SPACE TV xəbər verir ki, hadisə Albalılıq bağları yaşayış massivində qeydə alınıb.

1994-cü il təvəllüdlü Abdullayeva Əzizə Sabir qızı ehtiyatsızlıqdan özünə bıçaqla xəsarət yetirib.

Qadının sözlərinə görə, hadisə mətbəxdə yemək bişirərkən baş verib. 

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun