Bibiheybət yolunda təmir işlərinə başlanılır

  • Space TV
  • 30 Noyabr 2019 10:15

Bir müddət əvvəl Bibiheybət məscidinin yaxınlığında baş verən sürüşmə nəticəsində çökən yolda yaxın günlərdə təmir işlərinə başlanılacaq. Baku.Tv-nin “Xəbər” buraxılışında yayımlanan sujetdə qeyd olunub ki, Baş nazirin birinci müavini Yaqub Eyyubov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bu gün əraziyə gələrək aparılan işlərlə tanış olublar.

SPACE TV bildirir ki, hazırda ərazidə geoloji kəşfiyyat işləri ilə bərabər ilkin təmizləmə işləri aparılır. Sürüşmənin tam olaraq hansı səbəbdən müəyyənləşdiyini dəqiqləşdirdikdən sonra yolun bərpasına start veriləcək.

Anar Nəcəfli – AAYDA-nın sözçüsü

“Hazırda ərazidə geoloji kəşviyyat işləri ilə bərabər ilkin təmizləmə işləri aparılır. Yamacın ağırlığının azaldılması üçün tədbirlər görülür. Həmin yol Bakı şəhərinin giriş-çıxış hissələrindən biridir. Buna görə də çalışacağıq ki, bu işlər yaxın müddətdə bitsin. Ancaq, yaxın müddət dedikdə onu deyə bilərik ki, bu bir ayın işi deyil işlər bir neçə ay davam edəcək. Sürüşmənin tam olaraq hansı səbəbdən müəyyənləşdiyini dəqiqləşdirdikdən sonra yolun bərpasına tam start veriləcək.”

Qeyd edək ki, təxminən 100 metr ərazini əhatə edən sürüşmə nəticəsində ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Paylaş

 Xəbəriniz olsun