Beyrutda partlayış qurbanlarının sayı 173-ə çatdı

  • SpaceTV
  • 12 Avqust 2020 11:35

Rusiyanın Beyruta kömək məqsədilə göndərdiyi xilasedicilər dağıntılar altından daha iki nəfərin meyitini çıxarıblar.

Bu barədə Spacetv.az TASS-a istinadən xəbər verir.

Beləliklə, rusiyalı xilasedicilərin tapdığı meyitlərin sayı 10-a, partlayış qurbanlarının ümumi sayı isə 173-ə çatıb.

Paylaş

 Xəbəriniz olsun