Beyrutda nümayişçilər nazirlik binasına girdilər

  • SpaceTV
  • 8 Avqust 2020 21:40

Livanın paytaxtı Beyrutda nümayişlər davam edir.

“RİA Novosti” xəbər verir ki, aksiya iştirakçıları XİN binasından sonra İqtisadiyyat Nazirliyinin də binasına soxulublar.

Paytaxtın mərkəzi küçələri hüquq-mühafizə orqanları ilə aksiya iştirakçıları arasında münaqişə mərkəzinə çevrilib.

İğtişaşlar nəticəsində yaralıların sayı artıb və 170 nəfərə çatıb. Üstəlik bir polisin öldürülüdüyü bildirilib.

Paylaş

 Xəbəriniz olsun