Beyrutda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı

  • Space TV
  • 18 Avqust 2020 10:51

Livan hökuməti Beyrut dəniz limanında baş vermiş partlayışla əlaqədar elan edilmiş fövqəladə vəziyyət rejimini daha 30 gün uzadıb.

Spacetv.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Nazirlər Şurasının baş katibi Mahmud Məkkiyi məlumat verib.

Fövqəladə vəziyyət rejimi sentyabrın 18-dək davam edəcək.

Qeyd edək ki, avqustun 4-də Beyrut limanı yaxınlığında güclü partlayış nəticəsində 178 nəfər ölüb, altı mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, yüzlərlə əmlaka zərər dəyib.

Paylaş

 Xəbəriniz olsun