Beyrutda baş vermiş partlayışda ölənlərin sayı 135-ə çatıb

  • SpaceTV
  • 6 Avqust 2020 10:54

Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında baş vermiş partlayışda ölənlərin sayı artıb.

Space tv-nin məlumatına görə, Livanın Səhiyyə naziri Həməd Həsən bildirib ki, partlayış 135 nəfərin həyatına son qoyub, beş minə yaxın insan yaralanıb, onlarla insan itkin düşüb.

Partlayışın ölkəyə vurduğu maddi ziyanın məbləği də açıqlanıb.

Beyrut şəhərinin qubernatoru Mərvan Abbud açıqlamasında qeyd edib ki, partlayışın vurduğu maddi ziyan elan ediləndən daha çox ola bilər. Dəyən ziyanın 15 milyard ABŞ dollarına qədər olma ehtimalı var.

Qeyd edək ki, avqustun 4-də Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında güclü partlayış baş verib.

Hadisə ilə bağlı Beyrutda iki həftəlik fövqəladə vəziyyət elan edilib.

Paylaş

 Xəbəriniz olsun