Beynalxalq təhsil sərgisi

  • SpaceTV
  • 10 Oktyabr 2019 18:39

Yerli ali məktəblər, orta ümumtəhsil məktəbləri və dünyanın bir çox univeristetlərinin nümayəndələri bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan  beynəlxalq təhsil sərgisində bir araya gəldilər.

Sərgidə təhsil müəssəslərinin stendləri ilə tanış olan  Nazir Ceyhun  Bayramov  bildirdi ki, bu il təşkil olunmuş sərgidə dünyanın 20-dan çox ölkəsi bir araya gəlib.Təhsil Nazirliyinin son illərdə həyata  keçirdiyi  islahatların  ayrı – ayrı pavilyonlarda  əksini tapdığını vurğulayan  nazir sərginin ziyarətçilər üçün də faydalı olacağını bildirdi.

Tələbələrinə 11 dil üzrə tədris verən Bakı Slavyan Univeristeti 12 mədəniyyət mərkəzi ilə sərgidə fəal iştirak edirdi.

3 ildir yeni adi ilə fəaliyyətə başlayan Baki mühəndislik uiveristeti paytaxtımızın ev sahibliyi etdiyi Beynəlxalq Təhsil sərgisində 3 –cü dəfədir ki, iştirak edir.Bu dəfəki sərgidə univeristetin elmi naliyyətləri ilə yanaşı tələbələrin və gənc alimlərin lahiyələri əyani olaraq sərgi iştirakçılarına təqdim olundu.

Bu dəfəki təhsil sərgisində yerli univeristetlərlə yanaşı Rusiya , Ukrayna, Polşa və bir çox dünya ölkələrinin də bir neçə  univeristeti sərgiyə ilk dəfə olaraq qatılırdı. Türkiyənin Milli Təhsil naziri Ziya Selçuqun da iştirak etdiyi sərgidə  qardaş ölkədən 5 univeristet öz fakultələrini sərgi iştirakçılarına təqdim edirdilər.

Beynəlxalq təhsil sərgisi 3 gün davam edəcək

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun