Beynəlxalq Qırmızı Xaç Komitəsi Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

  • Space TV
  • 18 Noyabr 2020 16:05

Beynəlxalq Qırımızı Xaç Komitəsi Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurum mandatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi nəticəsində salanılan şəxslərə oktyabr və noyabr aylarında baş çəkib:

“Komitə əməkdaşları başçəkmə zamanı saxlanılan şəxslərin saxlanma şəraiti, vəziyyətləri və digər məsələlər barədə monitorinq keçirib və onların vəziyyətləri barədə ailə üzvlərinə məlumat verib”.

Paylaş

 Xəbəriniz olsun