Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert olacaq

  • SpaceTV
  • 25 Sentyabr 2019 10:52

Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bolqarıstanın tanınmış violonçel ifaçısı Veliçka Yoçeva və Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynov konsert proqramı ilə çıxış edəcəklər.

“Space” in məlumatına görə, Azərbaycanın tanınmış pianoçusu, Xalq artisti Murad Hüseynov Fransanın məşhur “Mezzo”musiqi telekanalında ilk çıxış edən Azərbaycanlı musiqiçidir.

Hazırda Kanadada yaşayan ifaçı Veliçka Yoçeva Beynəlxalq Muğam Mərkəzinin səhnəsində ilk dəfə çıxış edəcək. Zövq almaq istəyən hər kəsi 25 sentyabr tarixində saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində gözləyirik.

Biletləri iTicket.az dan əldə etmək mümkündür.

Paylaş

 Xəbəriniz olsun