Beynəlxalq hüquq şirkəti “Şahdəniz” konsorsiumunu “Cənub Qaz Dəhlizi”nin işə düşməsi barədə məlumatlandırıb

  • Space TV
  • 7 Yanvar 2021 11:53

“Hogan Lovells” beynəlxalq hüquq şirkəti “Şahdəniz” konsorsiumunu “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycandan Avropaya kommersiya qazının tədarükünün başlaması barədə məlumatlandırıb.

Trend bu barədə şirkətə istinadən məlumat yayıb.

Qeyd olunub ki, “Şahdəniz” yatağından Avropaya qazın kommersiya tədarükü iri enerji şirkətləri ilə imzalanmış uzunmüddətli qaz satışı müqavilələrinə uyğun olaraq 2020-ci il dekabrın 31-də başlayıb.

“Cənub Qaz Dəhlizi”nin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə tədarükün başlaması Azərbaycandan İtaliyayadək uzanan 3 500 kilometrlik “Cənub Qaz Dəhlizi” tam inteqrasiyasını ifadə edir.

Bu layihə Xəzər dənizindən Avropaya yeni tədarük marşrutu açır və Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

Paylaş

 Xəbəriniz olsun