Beynəlxalq Cüdo Federasiyası Bakıda Olimpiadaya lisenziya verən yarışı ləğv etdi

  • Space TV
  • 7 Yanvar 2021 11:36

Beynəlxalq Cüdo Federasiyası bu il Olimpiadaya qədər keçiriləcək Böyük Dəbilqə turnirlərinin siyahısını tərtib edib.

Spacetv.az-ın xəbərinə görə, hər il mayın əvvəllərində Bakı keçirilən Böyük Dəbilqə turniri ləğv olunub. Onun yerinə analoji turnir Fransada keçiriləcək.

Belə ki, bu il Böyük Dəbilqə turnirləri İsrailin paytaxtı Təl Əvivdə (18-20 fevral), Özbəkistanın paytaxtı Daşkənddə (5-7 mart), Gürcüstanın paytaxtı Tbilisidə (26-28 mart), Türkiyənin Antalya şəhərində (1-3 aprel) və Fransanın paytaxtı Parisdə (8-9 may) keçiriləcək. Olimpiadaya qədər son ciddi yarış isə Macarıstanın paytaxtı Budapeştdə təşkil ediləcək dünya çempionatı (6-13 iyun) olacaq.

Qeyd edək ki, Böyük Dəbilqə yarışları Olimpiadaya lisenziya xalları qazandıran turnirlərdir. Ötən il Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan Böyük Dəbilqə turniri 8-10 may tarixlərində keçirilməli olsa da, yarış pandemiya səbəbindən ləğv olunub. Bakıda bu turnirin ləğvi ənənəvi olaraq onun ardınca keçirilən paracüdo üzrə Qran-Prinin də keçirilməyəcəyi anlamına gəlir.

Paylaş

 Xəbəriniz olsun