Beyləqanda traktor ağaca çırpıldı: Ölən var

  • Space TV
  • 18 Noyabr 2020 15:48

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Xaçınabad kəndi ərazisində Ağdam rayon sakini Fehruz Abdullayev idarə etdiyi traktoru ağaca vurub. 

Nəticədə, sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş

 Xəbəriniz olsun