Beyləqanda qəza: Maşın su kanalına düşdü

  • SpaceTV
  • 1 Noyabr 2019 11:05

Beyləqanda maşın su kanalına düşüb. 

SPACE TV xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb. 

Qəza zamanı iki “Mercedes” markalı minik maşını toqquşub. Zərbənin gücündən avtomobillərdən biri su kanalına düşüb. 

Nəticədə kanala düşən “Mercedes”in sürücüsü Mehti Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun