Beyləqan rayon sakini Bakıda başından bıçaqlanıb

  • SpaceTV
  • 16 Oktyabr 2019 11:30

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Biləcəri qəsəbəsində naməlum şəxs xuliqanlıq zəmnində Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Əliyarov Müşfiq Tofiq oğlunun baş nahiyəsinə bıçaqla xəsarət yetirib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışları istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Paylaş

 Xəbəriniz olsun