“Beşiktaş”dan vacib qələbə

  • Space TV
  • 7 Mart 2020 10:23

Türkiyə Superliqasında 25-ci tura start verilib.

SPACE TV  xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. “Beşiktaş” doğma meydanda “Ankaragücü” ilə qarşılaşıb. Matç İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Beşiktaş” – “Ankaragücü” – 2:1
Qollar:
 Burak Yılmaz, 6-pen (1:0), Lyayiç, 88 (2:0), İlhan Parlak, 90+3-pen (2:1)

Bu qələbə ilə xalını 43-ə yüksəldən “Beşiktaş” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Başakşəhər” 49 xalla 1-cidir, “Trabzonspor”, “Qalatasaray”, “Sivasspor” isə 48 xalla 2-4-cü pillələri bölüşdürür.

Paylaş

 Xəbəriniz olsun