“Beşiktaş” Türkiyə millisinin qapıçısını transfer etdi

  • SpaceTV
  • 4 May 2020 12:59

“Beşiktaş” futbol klubu “Başakşəhər”in və Türkiyə milli komandasının əsas qapıçısı Volkan Babacanı sıralarına qatıb.

Bu barədə “Sabah” məlumat yayıb.

Qəzet yazır ki, “Beşiktaş”la 2+1 illik müqavilə bağlayan V.Babacanın İstanbul klubunda illik məvacibi 650 min avro (1,2 milyon manat) təşkil edəcək.

Xatırladaq ki, “Başakşəhər” klubunun digər məşhur futbolçusu Arda Turanın da klubu tərk edəcəyi təsdiqlənib. 33 yaşlı yarımmüdafiəçi İstanbul nəhəngi “Qalatasaray”la yeni müqavilə imzalayıb.

Paylaş

 Xəbəriniz olsun