Belarusun MSK sədri Hökumət evindən təxliyə edilib

  • Space TV
  • 10 Avqust 2020 10:33

Ötən gecə prezident seçkilərinin ilkin nəticələrinə etirazlar fonunda Belarusun Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Hökumət evindən təxliyə edilib.

Spacetv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu MSK sədri Lidiya Yermoşınanın özü bildirib.

Qeyd edək ki, ötən gün Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə seçkilərin qalibi olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrin kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurma nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalq qarşı güc tətbiq etməməyə çağırıb.

Paylaş

 Xəbəriniz olsun