Cari ilin yanvar-avqust aylarında Azərbaycan və Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 130 milyon ABŞ dollarını ötüb.
Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, hesabat dövründə Belarusdan Azərbaycana ixracın həcmi 117 milyon 865 min dollar, ölkəmizdən Belarusa ixracın həcmi isə 13 milyon 738 min dollar olub.