Belarusda prezident seçkiləri keçirilir

  • SpaceTV
  • 9 Avqust 2020 10:10

Bu gün Belarusda prezident seçkiləri keçirilir. 

“Belta”nın məlumatına görə, ölkə üzrə bütün seçki məntəqələri yerli vaxtla 08:00-da açılıb. 

6,8 milyon əhalinin səsverməsi üçün 5 767 seçki məntəqəsi yaradılıb.

Belarusda prezidentlik uğrunda beş namizəd – hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskaya mübarizə aparır.

Paylaş

 Xəbəriniz olsun