Belarusda koronavirusdan ölənlərin sayı 800-ə çatır

  • SpaceTV
  • 23 Sentyabr 2020 15:57

Belarusda daha 253 nəfərə COVID-19 diaqnozu qoyulub.

Spacetv.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, son sutkada 5 nəfər koronavirusdan vəfat edib, 178 nəfər isə sağalıb.

Beləliklə, Şərqi Avropa ölkəsində indiyədək 76 357 nəfərdə COVID-19 aşkarlanıb. Onlardan 796 nəfər ölüb, 73 564 nəfər isə sağalıb.

Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri Belarusda 1 759 393 test icra olunub.

Paylaş

 Xəbəriniz olsun