Belarusda etiraz aksiyalarında 40-dan çox adam saxlanılıb

  • Space TV
  • 5 Sentyabr 2020 14:00

Cümə günü Belarusda keçirilən kütləvi etiraz aksiyaları zamanı 41 nəfər saxlanılıb.

Spacetv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Dünən, sentyabrın 4-də ölkədə ictimai-siyasi kütləvi tədbirlər keçirilib. Kütləvi tədbirlər haqqında qanunvericiliyi pozduğuna görə 41 nəfər tutulub. İnzibati qayda pozuntuları üzrə işlərə məhkəmədə baxılmadan əvvəl 21 nəfər saxlanma məntəqələrinə yerləşdirilib”, – Mətbuat xidmətinin “Telegram”dakı məlumatında deyilir.

Paylaş

 Xəbəriniz olsun