Belarus valyutası kəskin ucuzlaşıb

  • Space TV
  • 24 Avqust 2020 15:42

Belarus rublunun dəyəri ölkədə baş verən iğtişaşlar fonunda kəskin düşüb.

Spacetv.az “Reuters”-a istinadən xəbər verir ki, ölkədə rubl 1 faiz ucuzlaşaraq, 3,0162 avroya enib.

Bununla, Belarus rublu əvvəllər 3,0186 avro civarında olan minimum rekordunu təzələyib.

Dollara qarşı Belarus valyutası aprelin 9-dan bəri ən aşağı səviyyəyə, 2,5364 dollar səviyyəsinə düşərək, demək olar ki, dəyərini 2 faiz itirib.

Paylaş

 Xəbəriniz olsun