BDU-nin 3 tələbəsi zəhərləndi,1-öldü

  • SpaceTV
  • 22 Noyabr 2019 17:20

Ötən axşam BDU-nin 3 tələbəsi univeristetin  Mətbuat prospekti 36 ünvanında  yerləşən  2 saylı  yataqxanasında zəhərləniblər.4 –cü kurs tələbələri olan Şəkər Xasmətova, Həmidə  Badamova və Dilruba Quliyeva yedikləri yeməkdən bir neçə saat sonra özlərini yaxşı hiss etmədikləri üçün təcili tibbi yardıma müraciət ediblər.

Yataqxanaya gələn təcili yardım briqadası tələbələrə ilkin yardım göstərib və onlara iynə vurulub. Həkimlər qızları xəstəxanaya  aparmaq istəsə də, tələbələr bundan imtina edib. Hər 3 tələbənin səhər dərsə gəlmədiyini  görən qrup  yoldaşları onlara əlaqə saxlamaq istəsə də tələbələrdən heç biri zəngə cavab verməyib

Yataqxanaya gələn qrup yoldaşları hər 3 tələbəni huşsuz vəziyyətdə aşkar ediblər.Elə zəhərlənən tələbələri xəstəxanayada qrup yoldaşları gətiriblər.Ancaq həkimlər univeristetin 4-cü kurs tələbəsi olan Şəkər Faiq qızı Xasmətovanın xəstəxanaya gətirilərkən öldüyünü müəyyən ediblər

Tələbələrin müalicə olunduğu xəstəxanaya BDU-nin rektoru Elçin Babayev də gəldi. Ancaq rektor tələbələrin necə və hansı şəraitdə zəhərlənməsi ilə bağlı məlumatsız olduğunu  dedi.

Kliniki Tibbi Mərkəzdə müalicəsi davam etdirilən tələbələrin qohumlarının sözlərinə görə hər 3 tələbə konservləşdirilmiş balıq yedikdən sonra vəziyyətləri pisləşib.Ancaq iddialara görə adları çəkilən tələbələr paytaxda fəaliyyət göstərən restoranlardan birindən yataqxanaya suşi sifariş ediblər.

Hazırda 3 tələbənin zəhərlənməsi, 1 –nin isə ölümü ilə nəticələnən faktla bağlı Baş prokururluq tərəfindən araşdırma aparılır. Zəhərlənmə hadisəsi ilə bağlı Səhiyyə Nazirliyi də açıqlama yayıb. Açıqlamada bildirilir ki, Bakı Dövlət Universitetinin  2№ li yataqxanasında zəhərlənmə hadisəsi barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35-də daxil olub. Həkimlər yataqxanaya  çatdıqda otaqda huşsuz vəzuyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili tibbi Yardım həkimlərinin bildirdiyinə görə huşsuz vəziyyətdə tapılan qızların ağızından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Qeyd edək ki, dünyasını dəyişən tələbə nişanlı imiş.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun