BBC Gəncədəki erməni terroru ilə bağlı reportaj yayımladı – VİDEO

  • Space TV
  • 12 Oktyabr 2020 15:52

BBC Gəncədəki erməni terroru ilə bağlı reportaj yayımladı – VİDEO

BBC telekanalı Gəncədəki erməni terroru ilə bağlı reportaj yayımlayıb. Spacetv.az xəbər veriri ki, reportajda şəhərdəki real vəziyyət əksini tapıb. Süjetdə deyilir: “Burada yalın əllə, itlərlə və ağır texnikalarla axtarış davam edir. Siz dağıntıların genişliyini öz gözlərinizlə görə bilərsiniz. Çox geniş ərazidir. Aydındır ki, buradakı binalar yaşayış binalarıdır. Hücum yerli vaxtla gecə saat 2-də baş verən zaman insanlar öz yataqlarında yatırdılar. Dağıntıların arasında yorğanlar və döşəklər görə bilərik. Yerli partlayıcı mütəxəssisi bildirib ki, onların istifadə etdikləri silahlar uzaqmənzilli raketdir. Onun fikirlərinə görə, raket Qarabağdan yox, Ermənistan ərazisindən atılıb. Hələlik isə bu fikir təsdiqlənməyib. Bu, açıq-aşkar çox genişmiqyaslı bir hücumdur. Bu hücum hərbi məntəqələrə edilməyib.

Cəbhənin digər tərəfindən isə digər iddialar gəlir. 

 Rusiyanın vasitəçilik etdiyi atəşkəs olmalı idi, lakin burada atəşkəs yox, müharibə mənzərəsi görünür”.

Paylaş

 Xəbəriniz olsun