BBC: Ermənilər Laçını kütləvi şəkildə tərk edir – FOTO

  • Space TV
  • 18 Noyabr 2020 11:06

Laçın – Ermənistanla Dağlıq Qarabağ arasındakı əsas yolun keçdiyi Azərbaycan şəhəridir. İkinci Qarabağ müharibəsinin sona çatmasına dair razılaşma şərtlərinə görə, Laçın rayonu dekabrın 1-dən Azərbaycanın nəzarətinə keçəcək, yalnız 5 km enində koridor Rusiya sülhməramlıları nəzarəti altında qalır.

Artıq erməni sakinlər şəhəri tərk edirlər.

Spacetv.az xəbər verir ki, bu barədə BBC-nin Laçından hazırladığı reportajda bildirilir.

“Müharibə zamanı on minlərlə insan şəhəri tərk edib”, – deyə məqalədə əlavə edilib.

Məqalədə hətta şəhər “meri” Narek Aleksanyanın atasının qaçdığı da bildirilir. Kadrlarda onun əşyalarının maşına yığılması əks olunub.

Paylaş

 Xəbəriniz olsun