Bazarlarda canlanma var

  • SpaceTV
  • 9 Avqust 2019 18:35

Space.TV-nin xüsusi araşdırmasına görə, Müqəddəs Qurban bayramı ilə əlaqədar ölkəmizin bölgələrində yerləşən qoyun bazarlarında sıxlıq yaşanır. O cümlədən, Lənkəranda da səhər saatlarından etibarən qurbanlıq qoyunlarını satmaq və ya bayram üçün qurbanlıq ət almaq istəyən hər kəs bazara üz tutur. Qiymətlər isə fərqlidir. Satıcılar qiymətin dəyişməsinin heyvanın çəkisindən asılı olduğunu deyir.

Qeyd edək ki, bayram günlərində Lənkəranda da qurbanlıq heyvanların kəsilməsi üçün xüsusi ət kəsim məntəqələri ayrılıb. Qida təhlükəsizliyi agentliyinin baytar həkimləri isə prosesə nəzarət edəcək.

Rövşən Almazoğlu Space Lənkəran

Paylaş

 Xəbəriniz olsun