Baytarlıq özəl xidmətə çevrilir

  • SpaceTV
  • 24 Aprel 2020 16:57

Ölkədə heyvandarlıqla məşğul olan sahibkarlar üçün yenilik.Bundan sonra xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsini ,təsərrüfat sahibləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər agentliyinin özəl baytarlıq  xidmətlərini həyata keçirən baytar həkimlərlə müqavilə bağlayaraq həyata keçirəcəklər

Aqrar Xidmətlər Agentliyinin  sədri Seymur Mövlayev deyir ki, elektron kənd təsərrüfatı sistemində bütün fermerlər öz heyvanları ilə bağlı hesabat verəcək. Bundan sonra  agentlik tərəfindən təsərrüfatlarda aparılan monitorinqlər nəticəsində ölkə üzrə bütün təsərrüfatlardakı heyvanların sayı müəyyən ediləcək və daha sonra  müqavilə əsasında çalışan baytar həkimlər təhlükəli xəstəliklərə qarşı tədbirləri icra edəcəklər

Əgər bu vaxta kimi ölkə ərazisində 800 baytarlıq məntəqəsi və məntəqələrdə  1700-ə yaxın baytar həkim və feldşer çalışırdısa yeni fərmana əsasən ölkədə baytar həkimlərinin də sayı çoxalacaq ki, bu da təhlükəli heyvan xəstəliklərin müalicəsi istiqamətində xidmətin keyfiyyətinə hesablanmış bir yenilikdir

Fərmana  əsasən  bundan  sonra  təsərrüfat sahiblərinin   xüsusi xəstəliklərdən  heyvanlarının tələf olmasına görə ziyanı da  dövlət qarşılayacaq

Qeyd edəki ki, ölkə üzrə mövcud olan 798 sahə baytarlıq məntəqəsinin 2022-ci ilin sonunadək ləğv edilməsi, eyni zamanda bu sahədə çalışan baytar həkimləri və feldşerlərlə xidməti müqavilələrin bağlanması nəzərdə tutulur.Fərmanda qeyd edilən əsas məsələlərdən biri də baytarlıq xidmətləri sahəsində sağlam rəqabət yaradılmasını təmin etmək məqsədilə baytarlıq subyektlərinin peşəkarlığının artırılmasıdır.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun