“Bayraq mənliyimdir, bayraq kimliyim…” – VİDEO

  • SpaceTV
  • 29 May 2020 15:21

Xalq Cumhuriyyətinin, onun qurucularının, bizə qoyduğu ən böyük miraslardan biri də bayrağımızdır.  Elə buna görə də hər azərbaycanlının, evində olmalı olan bu müqəddəs atribut  məhz bu gün- 28 may tarixində evlərin eyvanlarını bəzəməlidir. Lakin bu gün, yəni Cumhuriyyətin yaranmasının 102-ci ildönümündə biz bunu görə bilmədik. Nədənsə çox az evin eyvanından asılmışdı şanlı bayrağımız.

Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu deyir ki, bu gün bu böyük bayramın insanlar tərəfindən əvvəlki illərə nisbətən az çoşquyla qeyd edilməsi bütün dünyanın mövzusu olan koronavirus pandemiyası ilə əlaqədardır.

Köhnə döyüşcü deyir ki, mövcud vəziyyətə görə Respublika gününün lazımı səviyyədə qeyd edilməməsi , insanların bu günə biganə qalması mənasını vermir. Hər kəsin qəlbində 28 may tarixinin xüsusi bir yeri var.

Əgər qardaş ölkə Türkiyəyə nəzər yetirsək şanlı tarixlərin qeyd edilməsində bayrağın əhəmiyyətli rolunu görə bilərik.

Türk qanlı, islam imanlı, avropa mədəniyyətli bayrağımızın hər zaman  xüsusi ilə 28 may kimi əlamətdar gündə evlərimizi həyətlərimizi bəzəməsini görmək doğurdan da bayram üstə bayram gətirər.  Çünki bu bayraq bizə ulularımızın mirasıdır.Onu qorumaq isə bizim şərəf borcumuzdur. Sonda isə onu deyək ki…

Paylaş

 Xəbəriniz olsun