Bayraq hər bir ölkənin qürur mənbəyidir. Məhz hər bir ölkə üçün önəmli olan bu dövlət rəmzini Azərbaycan, paytaxtının ən görkəmli binasının üzərinə həkk etdirir.

  • Space TV
  • 14 Aprel 2020 16:13

Bayraq hər bir ölkənin qürur mənbəyidir. Məhz hər bir ölkə üçün önəmli olan bu dövlət rəmzini Azərbaycan,  paytaxtının ən görkəmli binasının üzərinə həkk etdirir.

 “HEYDƏR ƏLIYEV MƏRKƏZININ BİNASI ÜZƏRİNDƏ  BU DƏFƏ KORONOVİRUSDAN ƏZİYYƏT ÇƏKƏN ÖLKƏLƏR SIRASINDA OLAN AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ BAYRAĞI NÜMAYİŞ ETDİRİLİR. BUNUNLA DA AZƏRBAYCAN COVID-19-UN GENIŞ YAYILDIĞI DÖVLƏTLƏRƏ VƏ ONLARIN XALQLARINA DƏSTƏYINI, HÖRMƏT VƏ EHTIRAMINI IFADƏ EDİR.  BU ÖLKƏDƏ 560 MİNDƏN ÇOX KORONOVİRUSA YOLUXMA HALI QEYDƏ ALINIB. VƏFAT  EDƏNLƏRİN SAYI İSƏ 22 MİNİ ÖTÜB. “

ABŞ səfirliyi bu münasibətlə Azərbaycana təşəkkür edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində ABŞ bayrağının Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirdiyi üçün mərkəzə minnətdarlıq ifadə olunub.“Biz ABŞ bayrağını möhtəşəm memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirdiyi üçün mərkəzə öz minnətdarlığımızı bildiririk. Belə çətin zamanda bu, ABŞ-la Azərbaycan arasındakı həmrəyliyin və iki millət arasında olan dostluğun nümunəsidir. Biz birlikdə Covid-19-a qalib gələcəyik!”, – deyə qeyd olunub.   

Heydər Əliyev mərkəzinin üzərində bayraqları əks olunduğuna görə Azərbaycana daha bir təşəkkür Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarpdan gəlib. Səfir bu barədə “Twitter” hesabında yazib.”Bu həm möhtəşəm tamaşa, həm də çox səmimi jestdir. Mən Azərbaycan dövlətinə və Heydər Əliyev Mərkəzinə təşəkkür edirəm və Azərbaycan xalqına can sağlığı arzu edirəm. Bu çətin müddətdə həmrəylik göstərmək və birgə çalışmaq çox vacibdir”, – DEYƏ səfir Şarp bildirib

Bir neçə gün bundan öncə isə Heydər Əliyev Mərkəzinin binası üzərinə qardaş ölkə Türkiyənin bayrağı videoproyeksiya olunmuşdu. Bu  addım isə türkiyəli qardaşlarımız tərəfindən yüksək qiymətlənidirilib. Onlar Azərbaycana bu addım üçün təşəkkür ediblər.

Azərbaycanın bu addımından sonra Paytaxt Ankarada yerləşən məşhur Atakule qülləsi Azərbaycan bayrağı ilə işıqlandırılıb. Qüllənin zirvəsində ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət!” ifadəsi, onun ardınca isə “Can Azərbaycana sevgilərlə” şüarı üç rəngli bayrağımızın rəngləri fonunda hərəkətə gətirilib.İşıqlandırma yerli televiziyalar tərəfindən canlı nümayiş olunub.

Xatirladaq ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə heydər əliyev Mərkəzinin binası üzərinə proyeksiya olunur. İndiyədək koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə və Böyük Britaniyanın bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun