Bayraq günü ictimai nəqliyyat işləyəcək? – RƏSMİ AÇIQLAMA

  • Space TV
  • 6 Noyabr 2020 13:55

Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq qərarına əsasən, noyabrın 7-si gecə saat 00:00-dan noyabrın 9-u səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq. 

Bu barədə Spacetv.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O bildirib ki, 9 noyabr (bazar ertəsi) Dövlət Bayrağı günü qeyri-iş günü olmasına baxmayaraq, müntəzəm və ekspress xətlər üzrə avtobuslar sərnişinlərimizin xidmətində olacaq.

Paylaş

 Xəbəriniz olsun