Bayram namazı qılınıb – FOTO

  • SpaceTV
  • 13 Avqust 2019 13:10

Space.TV – İslam aləminin ən böyük bayramlarından olan Qurban bayramı Lənkəranda təntənə ilə qeyd olunub. Məscidlərdə bayram namazı qılınıb.

Səhər saatlarında Lənkəranın Böyük Bazar, Kiçik Bazar və Qalayçılar məscidlərində keçirilən bayram mərasimlərində xalqımızın xoş rifahı və ölkəmizin tərəqqisi naminə dualar edilib, İslam dininin, müqəddəs “Qurani-Kərim”in tövsiyə etdiyi mənəvi dəyərlərə riayət etməyin vacibliyi  xatırlanıb. Şəhidlərin ruhuna dualar oxunub, tanrıdan bu gözəl bayramın işğal altında olan torpaqlarımızda qeyd olunması dilənib. Sonra bayram namazı qılınıb və qurbanlıq heyvanlar kəsilib.

Rayonda bu gün ümumilikdə 95  baş xırda buynuzlu 1baş iribuynuzlu heyvan kəsilib və 1500-dən çox ailəyə qurban payı təqdim olunub. Kəsilən qurbanlıq heyvanlar Qarabağ və Əfqanıstan müharibəsi əlillərinə, şəhid ailələrinə və Çernobıl əlillərinə paylanılıb.

Rövşən Almazoğlu -Lənkəran

Paylaş

 Xəbəriniz olsun