Bayram günlərində elektrik qatarlarının iş qrafiki açıqlandı

  • SpaceTV
  • 30 İyul 2020 10:41

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları iki gün – şənbə və bazar günləri hərəkətdə olmayacaq.

space tv APA-Economics-ə istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 1 və 2 avqust tarixlərində hərəkətdə olmayacaq.

Məlumata əsasən, qeyri-iş günləri olan 31 iyul və 3 avqust tarixlərində saat 17:30 və 18:35-də yola düşən Bakı-Xırdalan-Sumqayıt qatarları, saat 17:40 və 19:05-də yola düşən Bakı-Pirşağı-Sumqayıt qatarları işləyəcək. Həmçinin saat 07:40 və 09:15-də yola düşən Sumqayıt-Pirşağı-Bakı, saat 08:00 və 09:20-də yola düşən Sumqayıt-Xırdalan-Bakı qatarları da hərəkətdə olacaq.

Paylaş

 Xəbəriniz olsun