Bayram günlərində bilet qıtlığı yaşanmayacaq

  • Space TV
  • 25 Dekabr 2019 16:17

Yeni il bayramına saylı günlərin qalması ilə bölgələrə üz tutan vətəndaşların sayı da xeyli artıb. Bununla bağlı şəhərlərarası avtobuslarda güclü sıxlığın yarancağı da gözləniləndir. Eləbakı beynəlxalq avtovağzalında da bu sıxlığı  nəzərə alaraq hazırlıq işlərinə başlanılıb. Adi günlərdə  bölgələrə 350-400 avtobus yola salındığı halda  bayram günlərində bu nəqliyyat vasitələrinin sayı artırılaraq  600-700- ə qədər çatdırılacaq.

Artıq dekabrın 21-dən başlayaraq avtovağzal kassalarında bayram günlərində bölgələrə üz tutan sərnişinlər üçün bilet satışı həyata keçirilir.

Bayramını  doğmaları ilə keçirmək  isətəyən soydaşlarımızın əksəriyyəti əvvəlcədən bilet tədarükünü də görüblər.Almayanlarsa almağa tələsirlər.  Qiymətlərə gəlincə

Artıq Bakı Beynəlxalq Avtovağzal rəhbərliyi də Yeni il bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Hər il olduğu kimi bu il də bayram günlərində yaranan sıxlıqla əlaqədar kənardan dəvət olunan avtobuslara  komissiya heyəti nəzarət edəcək. Hər hansı sürücü qiymət intizamını pozarsa həmin avtobuslar dərhal xəttdən kənarlaşdırılacaq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun