Baydenin komandasından olan qadın seçki fırıldaqçılığı iddiasıyla həbs edildi

  • Space TV
  • 14 Yanvar 2021 10:14

ABŞ-ın Texas ştatında demokrat Co Baydenin komandasından olan qadın seçki saxtakarlığı və qanunsuz səsvermə iddiasıyla həbs edilib.

“Haber Global” bu barədə ştatın Baş Prokuroru Ken Pakstonun açıqlamasına istinadən məlumat yayıb.

Onu sözlərinə görə, San-Antonioda Rakel Rodriqezin 2020-ci il seçkilərindən əvvəl səs toplaması ilə bağlı videosu görülüb və həmin şəxs bu hərəkətinin qanuna uyğun olmadığını etiraf edib.

Rodriqez seçki saxtakarlığında, qanunsuz səsvermədə, insanların poçtla səs vermələrinə qeyri-qanuni kömək etməkdə və qanunsuz olaraq rəsmi bülleten hazırlamaqda günahlandırılır.

Günahı sübut olunarsa, o 20 il həbs cəzası ala bilər.

Paylaş

 Xəbəriniz olsun