Baydenin komandası jurnalistlərin brifinq üçün hazırladıqları sualları öncədən öyrənmək istəyib

  • Space TV
  • 2 Fevral 2021 16:26

ABŞ Prezidenti Co Bayden komandasının üzvləri dəfələrlə Ağ Evdə akkreditə olunmuş müxbirlərin brifinqlərindən əvvəl prezidentə hansı sualları ünvanlacağını öyrənməyə cəhd edib.

Bu iddia ilə ABŞ-ın nüfuzlu “The Daily Beast” portalı çıxış edib.

Mənbənin əldə etdiyi məlumata əsasən, ABŞ liderinin administrasiyasındakı kommunikasiyalar bölməsinin əməkdaşları brifinqlər zamanı jurnalistlərin Ağ Evin mətbuat katibi Cen Psakiyə hansı sualları verməyi planlaşdırdıqlarını öyrənməyə çalışıb.

Paylaş

 Xəbəriniz olsun