Bayden Trampı üstələdi

  • Space TV
  • 29 Avqust 2020 10:46

Respublikaçılar Partiyasının qurultayında danışan ABŞ Prezidenti Donald Trampın çıxışı, Demokratlar Partiyasından prezidentliyə namizəd Co Baydenin qurultaydakı çıxışından daha az izlənilib.

Spacetv.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi “Nielsen” şirkətinin məlumatına istinadla xəbər yayıb.

Bildirilib ki, C.Bayden D.Trampı tamaşaçı sayına görə təxminən üç faiz qabaqlayıb.

Belə ki, televiziya və kabel kanallarında demokratların namizədinin qurultaydakı çıxışını 24,6 milyon amerikalı izləyib. D. Trampın qurultaydakı yayımında bu rəqəmlər 23,8 milyon təşkil edib.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 4-də keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun