Bayden Rusiyanı kiberhücumlara görə cəzalandırmaq niyyətindədir

  • Space TV
  • 21 Dekabr 2020 09:53

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin komandası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək barədə düşünür.

Spacetv.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumatlı mənbəyə istinadən xəbər verir. 

Bayden, ABŞ dövlət qurumlarına və şirkətlərinə qarşı kiber hücumlara görə Rusiyanı cəzalandırmaq üçün bir neçə variantı nəzərdən keçirəcək. 

Mənbəyə görə, ABŞ-ın cavabı “cinayətkarlar”ın böyük iqtisadi, maliyyə və texnoloji itkilərə məruz qalmalarına kifayət etməlidir. Bununla belə, sanksiyalar iki nüvə dövləti arasındakı qarşıdurmanı kəskin həddə çatdırmamalıdır. ABŞ iqtisadi sanksiyalardan başqa, Rusiyaya qarşı cavab kiberhücumlardan da istifadə edə bilər.

Paylaş

 Xəbəriniz olsun